Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Dövlət Məşğulluq Agentliyi media nümayəndələrinin qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlığı üçün mediatur təşkil edib.
Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın ilk layihəsi - “Biznesini Yarat Marafonu”nun seçim mərhələsini uğurla keçən şəxlərin biznes təlimlərinə start verilir.
Özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa dəstək” layihəsi bu il də davam edir.
“Azərbaycan gəncləri arasında ekosahibkarlığın inkişafının təşviqi” layihəsinə start verilib.
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na artıq 123 işəgötürən qoşulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə artıq 500-dən çox şəxsin biznes-planı təsdiqlənib. Həmin şəxslərin dayanıqlı biznes qurmaları üçün aktivlərlə təminatı işləri aparılır.
Dövlət Məşğulluq Agentliyi ilə “GESCO” ASC arasında əməkdaşlıq çərçivəsində “mühafizəçi” kursu təşkil olunacaq. Kurs Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yaşayan işsiz şəxsləri əhatə edir.
“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında yeni kampaniyanın - “Məşğulluq marafonu”nun başladılması ilə əlaqədar mətbuat konfransı keçirilib.