Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzinə beynəlxalq ISO sertifikatları təqdim edilib. Mərkəz ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsidir.
Bakı Peşə Hazırlığı Mərkəzi bundan sonra müvafiq fəaliyyət istiqamətlərində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (əməyin təhlükəsizliyi sistemi) standartlarının tələblərini də təmin edəcək.
Qeyd olunan standartlar əsasında mütəxəssis hazırlığının təşkilinin həyata keçirilməsi üçün mərkəz Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən dərc edilmiş təlimatlara uyğun olaraq sertifikatlaşdırmaya hazırlıq mərhələsini keçib.
ISO sertifikatlarını ala bilməsi üçün Bakı Peşə Hazırlığı Mərkəzində keyfiyyət menecmenti sistemi qurulub, təhlili aparılıb və mərkəzin kollektivinə təlimlər keçirilib. Daha sonra Peşə Hazırlığı Mərkəzinin ISO standartlarına cavab verdiyini təyin etmək üçün texniki uyğunluq baxışı, hər üç sistem üzrə sənədlərin yoxlanışı, həmçinin, tədris vəsaitlərinin akkreditasiyası həyata keçirilib.