Dövlət Məşğulluq Agentliyi tərəfindən adaptasiya proqramına start verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Agentliyə işə yeni qəbul olunmuş əməkdaşların adaptasiya proqramına start verilib.  

 

Proqram çərçivəsində əməkdaşlara 3 istiqamətdə təlimlər keçiriləcək. Agentlik haqqında ümumi məlumatın verilməsi, vəzifə funksiyalarının mənimsənilməsi və korporativ mədəniyyət üzrə adaptasiya təlimi həyata keçiriləcək.

 

Qeyd edək ki, proqramın əsas məqsədi Agentliyə cəlb olunan istedadların qısa müddətdə adaptasiyasını təşkil etmək, çevik və keyfiyyətli fəaliyyətlərini təmin etmək və vətəndaş məmnuniyyətini daha da artırmaqdır.