Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Gəncə Peşə Hazırlığı Mərkəzində "Mühafizəçi" və "Ofisiant" peşələri üzrə hazırlıq kurslarına start verilib.
6 saylı Ərazi məşğulluq filialı ilə “İmperial” restoranlar şəbəkəsi və “Vətən-N Mühafizə Xidməti” MMC şirkəti arasında imzalanan müqaviləyə əsasən təşkil edilən kurslara ümumilikdə 24 işsiz şəxs cəlb edilib. Peşə kursunun müddəti 1 aydır.
Peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq.
Peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirən şəxslər müvafiq olaraq işlə təmin olunacaqlar.