Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAzərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov əmək, məşğuluq, sosial müdafiə sahələrində reallaşdırılan islahatlar barədə məlumat verib. Eyni zamanda, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasına e-sistem üzərindən daimi və çevik nəzarət mexanizmi qurulduğunu diqqətə çatdırıb. Bu sahədə İcbari Sığorta Bürosu ilə əməkdaşlıq təcrübəsini diqqətə çatdırıb.
Agentliyin fəaliyyət istiqamətləri, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli istiqamətində görülən işlər və planlaşdırılan yeniliklər də qeyd edilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev Assosiasiyanın fəaliyyəti, öz üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişafına göstərdiyi dəstək tədbirləri barədə məlumat verib.
Görüşdə Assosiasiyası ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.