Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAzərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə “Rəqəmsal Məşğulluq” adlı online görüş keçirilib. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, ATİB-nin sədri Cemal Yangın, Dış Ekonomik İlişkilər Kurulunun sədri Selçuk Akat, İqtisad Universitetinin rektoru Ədalət Muradov, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Akar, 100-dək türk və azərbaycanlı iş adamı iştirak edib.
“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na əlavə və dəyişikliklər edilib. Dəyişikliyə əsasən peşə hazırlığına müraciət edən vətəndaşların çoxluğunu nəzərə alınaraq peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin də peşə hazırlığına ödənişsiz əsaslarla cəlb olunmalarına imkan yaradılıb.
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və ölkəmizdə səfərdə olan, Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Macarıstan biznes nümayəndələri ilə görüşüblər.
Əmək, məşğulluq, sosial müdafiə, eyni zamanda, ölkəmizdə yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqi sahələrində Almaniya ilə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi diqqətdə saxlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Gənclər Fondu və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bir sıra şirkətlərin insan resursları üzrə məsul şəxsləri ilə online görüş keçirilib. Görüşdə qeyd edilib ki, gənclərin məşğulluğuna dəstək üçün yeni layihələrə -“İşəgötürənlər üçün əməkhaqqı subsidiyası” və “Yay təcrübə proqramı” layihələrinə başlanacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün təklifləri müzakirə etmək məqsədilə ekspert qrupları ilə görüş keçirilib.
Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən də faydalana bilər. Bunun üçün elektron platforma və ərazi məşğulluq mərkəzləri ilə yanaşı, Bakı şəhəri və ölkənin regionlarında fəaliyyət göstərən KOB dostlarına da müraciət edilə bilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində "Turizm və ictimai-iaşə sektorunda əməkdaşlıq" məqsədilə görüş keçirilib.