Dövlət Məşğulluq Agentliyinin dəstək olduğu startap layihələrinin cari vəziyyəti ilə tanışlıq olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlarla təmin olunan startap layihələrinin fəaliyyəti ilə tanışlıq olub.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirililən görüşdə “İnterno”, “Bonpini”, “HealWith” startap layihələri təqdim edilib. Hər bir layihə barədə təqdimat hazırlanıb və hesabat təqdim edilib. Həmçinin onların hazırki vəziyyətləri və imkanları təhlil olunub, gələcək perspektivləri müzakirə edilib. EnterpriseAzerbaijan və Dövlət Məşğulluq Agentliyi tərəfindən bu layihələrin gələcək inkişafları üçün dəstək göstəriləcəyi vurğulanıb.  

 

Qeyd edək ki, daha öncə EnterpriseAzerbaijan portalı və Dövlət Məşğulluq Agentliyi arasında startaplara dəstək istiqamətində əməkdaşlıq üçün qarşılıqlı razılıq əldə olunub. Həmin razılığa əsasən Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində EnterpriseAzerbaijan portalına müraciət edən startaplar arasından ən uğurlu hesab edilən 3 layihəni dəstəkləyib və onlara aktivlər təqdim edib.

 

Tərəflər arasında bu formatda layihələrin gələcəkdə də davam etdirilməsi qərara alınıb, eyni zamanda iki qurum arasında əməkdaşlıqlar və perspektivlər müzakirə olunub.

 

Qonaqlar, həmçinin EnterpriseAzerbaijan portalının İnkubasiya və Akselerasiya akvariumunu ziyarət edib.