Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAzərbaycanda gənclərin əmək bazarına daxil olarkən və ya karyeralarını planlaşdırarkən qarşılaşdıqları aktual məsələlərlə bağlı yeni layihə icra edilib.
Avropa İttifaqı (Aİ) tərəfindən birgə maliyyələşdirilən “EU4Youth: Gənclərin Məşğulluğu və Sahibkarlığı” proqramı çərçivəsində “Azərbaycanda gənclərin əmək hüquqları və əmək fəaliyyətinə keçidi” adlı podkastlar hazırlanıb. Podkastlarda Azərbaycanda gənclərin əmək bazarına daxil olarkən və ya karyeralarını planlaşdıran zaman qarşılaşdıqları aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, gənclərə bu istiqamətdə tövsiyələr verilib.
Qeyd edək ki, “EU4Youth: Gənclərin Məşğulluğu və Sahibkarlığı” proqramı Avropa İttifaqı və Litva Xarici İşlər Nazirliyi tərəfindən birgə maliyyələşdirilir. Bu təşəbbüs Mərkəzi Layihə İdarəetmə Agentliyi (CPMA) tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində 2024-cü ilin sonuna qədər həyata keçiriləcək.
Həmin podkastları təqdim edirik:
Azərbaycanda əmək fəaliyyətinə keçid: davamlı və qənaətbəxş karyeranı necə təmin etmək olar?
https://share.transistor.fm/s/ab21c065
Azərbaycanda gənclərin əmək hüquqlarının müdafiəsi, onların uğurlu karyera və sahibkarlıq fəaliyyəti üçün imkanlarının genişləndirilməsi
https://share.transistor.fm/s/78f074e8