Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduTürkiyə İş Qurumu Baş İdarəsi (“İŞKUR”) Dövlət Məşğulluq Agentliyinin (DMA) əməkdaşları üçün təlim təşkil edilib. “Karyera məsləhəti xidmətləri” və “Beynəlxalq layihələrin hazırlanması” mövzusundakı təlimlərdə DMA-nın müxtəlif departament, şöbə və filiallarının əməkdaşları iştirak edib.
Həssas qrupdan olan insanlar və əlilliyi olan şəxslər üçün karyera məsləhətinin təşkil olunması, fərdi görüşlərlə onlar üçün qiymətləndirmə mexanizminin tətbiq olunması, işəgötürənlərə bu mövzuda konsultasiya keçirilməsi, beynəlxalq layihələrin yazılması və təqdim edilməsi və digər aidiyyəti mövzular üzrə təlim iştirakçılarına ətraflı məlumat verilib.
Təlimlərin əsas məqsədi yeni konsepsiyanın tətbiqinə dəstək göstərmək, vətəndaşlara göstərilən xidmətin təkmilləşdirilməsinə töhfə vermək, əməkdaşların bilik və bacarıqlarını artırmaq, Agentliyin operativ və çoxşaxəli xidmət göstərmək üçün təkmilləşməsinə dəstək göstərməkdir.
Qeyd edək ki, bu tədbir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 10-cu iclasının Protokoluna əsasən icra edilib.