Mustafa Abbasbəyli İsmayıllıda vətəndaşların müraciətlərini cavablandırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin növbəti vətəndaş qəbulu İsmayıllı rayonunda baş tutub.


Qəbulda əsasən rayon sakinləri iştirak edib. Ümumilikdə 18 şəxsin qatıldığı qəbulda müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.


Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.