“Sosial müdafiəyə ehtiyacı olan şəxslər cəmiyyətin bir üzvüdür” adlı tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və DOST İnklüziv Yaradıcılıq və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Sosial müdafiəyə ehtiyacı olan şəxslər cəmiyyətin bir üzvüdür” adlı tədbir keçirilib.


Tədbirdə ölkəmizdə sosial cəhətdən həssas qruplardan olan şəxslərin hüquqlarının müdafiəsi, onların tələbatlarının ödənilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən sosial dəstək tədbirlərindən bəhs edilib.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Agentliyin fəaliyyat istiqamətlərindən bəhs edərək, kvota üzrə işlə təminatın hər zaman diqqətdə saxlanıldığını, həssas qrupdan olan vətəndaşlara dəstəyin prioritet məsələlərdən olduğunu qeyd edib. O, son illər xüsusi kateqoriyadan olan vətəndaşlara göstərilən xidmətlərin əhatəsinin genişləndiyini və bu işdə işəgötürənlərlə əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.


Agentlik sədri digər istiqamətlərdə də işəgötürənlərlə birgə layihələrin icrasından bəhs edib. O bildirib ki, hazırda da qeyd edilən kateqoriyadan olan şəxslərlə bağlı Agentlik tərəfindən yeni layihələr üzərində işlər aparılır. M.Abbasbəyli, həmçinin yerlərdə ərazi məşğulluq proqramlarının icra olunduğunu və bu işdə əlaqələndirmə komitələrinin rolunu vurğulayıb. Agentlik qarşıdakı dövrdə də sosial cəhətdən həssas qrupdan olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində bütün lazımi tədbirləri bundan sonra da davam etdirəcək.

 

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da birgə əməkdaşlıqlardan bəhs edib, DOST İnklüziv Yaradıcılıq və İnkişaf Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib.

 

Daha sonra işəgötürənlərin çıxışları olub. Həssas kateqoriyadan olan şəxslərə hər zaman dəstək nümayiş etdirdiklərini və bundan sonra da birgə işlərin davam etdiriləcəyini bildiriblər.

 

Vətən müharibəsi şəhidi Səyavuş Kəlbəliyevin həyat yoldaşı Pərvanə Kəlbəliyeva, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı Qəndaf Əkbərli, kvota üzrə əmək faəliyyəti məşğul olan Əli Məmmədov cəmiyyətin və dövlətin bu kateqoriyadan olan insanlara diqqətini yüksək qiymətləndiriblər. Onlar bütün işə götürənlərə sosial müdafiəyə ehtiyacı olan şəxslərə daha çox dəstək olunmaları ilə bağlı çağırış ediblər. 

 

Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının ifasında konsert proqramı ilə davam edib.