Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu2018-ci ildə 7300-ə yaxın, 2019-cu ildə 10 mindən çox ailənin cəlb edildiyi özünüməşğulluq proqramı əsasında bu il 12 min ailənin kiçik müəssisələrinin yaradılması işləri aparılır. Gələn il isə proqram 15 min ailəni əhatə edəcək.
Bu dəfə banklar tərəfindən cəbhə bölgəsində yaşayan və özünüməşğulluq proqramına qoşulan bir qrup işsiz şəxs üçün kiçik təsərrüfatlar qurulur.
Bakının bir neçə rayonunda proqram iştirakçıları üçün heyvandarlıq sahəsi üzrə kiçik təsərrüfatlar qurulub. Vətəndaşlara onlara təqdim ediləcək aktivləri seçmək imkanı da yaradılıb.
Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) özünüməşğulluq proqramına cəlb olunmuş vətəndaşlara biznes planların hazırlanmasında dəstək göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birgə Şirvan şəhərində özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirib.
Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı yaradılan İşçi Qrupun ilk iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Elektron əmək birjası” platforması yaradılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də ödənişli ictimai işlər proqramı icra olunur.