Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi, eləcə də digər Agentlik və Xidmətlərin fəaliyyətləri ilə bağlı həyata keçirdikləri yoxlamaları və monitorinqləri vahid bir sistemlə idarə edə biləcəklər. Bura Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Sosial Xidmətlər Agentliyi, DOST Agentliyi və s. aiddir. Monitorinqi həyata keçirmək istəyən qurum öz yoxlayıcısını “Monitorinq və Səyyar yoxlama” sistemi vasitəsilə təyin edəcək, göndəriş alan yoxlayıcı isə həyata keçirdiyi monitorinqə dair bütün sənədləri, foto və video materialları yenə bu sistemə əlavə edəcək. Həmçinin yoxlama və monitorinq prossesləri əlavə kameralar vasitəsi ilə müşahidə ediləcək, yoxlayıcının getdiyi ünvan “gps” vasitəsi ilə nəzarətdə olacaq, yoxlama nəticələri isə bu sistemdə saxlanılacaq və yoxlayıcı tərəfindən silinməsi mümkün olmayacaqdır. Beləliklə, monitorinq və yoxlamaların müşahidə edilməsi və hesabatlılığı asanlaşacaq, ən əsası da obyektivlik və şəffaflıq maksimum təmin olunacaqdır.