İctimai işlər portalı

İctimai işlər portalı

İctimai işlər təşkili prosesini rəqəmsallaşdıraraq daha sadə və operativ hala gətirmək üçün nəzərdə tutulmuşdur. Portalın istifadəçiləri Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq və DOST mərkəzləri, TOQ-lar və "DOST İş Mərkəzi" MMC olacaq.

 

Portalın hazırlanmasında əsas məqsəd, müasir tələblərə uyğun olaraq, müvafiq qurumlarla sürətli kommunikasiya və rəqəmsal idarəetmə sistemini qurulmaqla, ictimai işlərin təşkilində şəffaflığı təmin etməkdir. Portal vasitəsilə:

 

  • Haqqı ödənilən ictimai işlərin təşkili üzrə bütün tərəflərin fəaliyyətinin vahid platformadan idarə edilməsi,
  • Kvotaların müəyyənləşdirilməsi və bölüşdürülməsi,
  • Göndəriş verilmiş işsiz şəxslərin təhkim bildirişlərinin elektron şəkildə formalaşdırılması,
  • İctimai işlərə qəbul edilmiş şəxslərin işəmuzd və ya aylıq iş tabellərinin elektron şəkildə formalaşması,
  • Əmək haqlarının portal vasitəsi ilə elektron qaydada ödənilməsinin tənzimlənməsi mümkün olacaq. 

 

Portal ictimai işlərə cəlb olunan şəxslərin işə davamiyyətinin yoxlanılması və bu istiqamətdə nəzarət üçün əlverişli platforma kimi də xüsusi önəm kəsb edəcək.