Mərkəzi Karyera Portalı

Mərkəzi Karyera Portalı

“Mərkəzi Karyera Portalı” əmək bazarına, peşələrə, bacarıqlara və karyera inkişafına dair məlumatları vahid rəqəmsal platformada təqdim edir. Portalın əsas məqsədi gənclərin peşə seçimi və karyera inkişafını dəstəkləmək, işaxtaran və işsiz şəxslərin məlumatlı qərar qəbul etməsinə şərait yaratmaq və onları əmək bazarında tələb olunan bacarıqlar barədə məlumatlandırmaqdır.

“Mərkəzi Karyera Portalı” karyera planlaması və əmək bazarı ilə bağlı müxtəlif istiqamətləri əhatə edən rəqəmsal həlləri özündə birləşdirir. Bu çərçivədə istifadəçilərə “Məzunların məşğulluq reytinqi” platforması, “CV yarat” platforması, “Alo Karyera” dəstək xidməti, eləcə də “İş dəyərləri aləti” və “Peşələrin atlası” təqdim olunur.