Peşələrin Atlası

Peşələrin Atlası

“Peşələrin Atlası” platforması əmək bazarında mövcud olan aktual və gələcəkyönümlü peşələr barədə keyfiyyət və kəmiyyət əsaslı məlumatlar təqdim edir. Platformada peşələr üzrə əsas xüsusiyyətlər, tələb olunan bacarıqlar, inkişaf imkanları və perspektivlər əks olunur. Bu isə istifadəçilərə peşə seçimi və inkişaf istiqamətləri ilə bağlı daha əsaslandırılmış və düzgün qərarlar qəbul etməyə imkan yaradır.

Portalın əsas hədəf qruplarına məktəblilər, abituriyentlər, tələbələr, valideynlər, işsiz və işaxtaran şəxslər, həmçinin tədqiqatçılar, analitiklər və insan resursları mütəxəssisləri daxildir.