Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Azərbaycanın məşğulluq xəritəsi bir neçə formada - iqtisadi zonalar, inzibati ərazi vahidləri (şəhər, rayon, qəsəbə, kənd) və məşğulluq mərkəzləri üzrə olmaqla hazırlanır. Xəritənin elektron məlumat bazasında ölkənin bütün inzibati ərazi bölgüsü üzrə əsas məşğulluq, əmək münasibətləri və demoqrafik göstəriciləri, əmək resursları və əmək və kadr ehtiyatı balansları, məşğul əhali, muzdla işləyənlər, fərdi sahibkarlar, torpaq pay mülkiyyətçiləri, onların sekteral bölgüsü, işsiz şəxslər, ərazi məşğulluq proqramlarının icra vəziyyəti barədə məlumatlar, peşələrin atlası və bu qəbildən digər informasiyalar toplanacaq. Hər rayon və şəhər üzrə hazırlanacaq xəritə sosial və iqtisadi sahədə atılacaq addımların dinamikasını göstərəcək, məşğulluq proqramlarının hazırlanması və icrası işinin daha da təkmilləşdirilməsinə imkan verəcəkdir.