Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
BACAR müasir dövrün texniki yenilikləri, innovativ həllər, beynəlxalq təcrübə və standartlar üzrə distant peşə tədrisi təklif edən virtual platformadır.
“BACAR” layihəsi 3 əsas istiqamətdən - özünüməşğulluğa dair təlim və istiqamətlərin seçim prosesinin elektronlaşdırılması; peşəyönümü və peşə hazırlığı fəaliyyətinin xüsusi innovativ yanaşmaların və simulyatorların tətbiqi ilə onlayn müstəviyə daşınmasınından ibarət olacaq. Layihənin əsas hədəf qrupları işsiz və işaxtaran şəxslər, həmçinin, tələbə, şagirdlər və onların valideyinləridir.
Özünüməşğulluq istiqaməti
Özünüməşğulluq proqramı iştirakçıları elektron portala daxil olaraq canlı təlimlərdə iştirak edəcək, video dərslərə baxa, elektron dərsliklər və elektron biznes planı ekspertlərə birlikdə onlayn tərtib edə biləcək, habelə təlimi başa vuran iştirakçılarının qiymətləndirilməsi də canlı bağlantı şəklində həyata keçiriləcəkdir. Keçiriləcək tədris planı 32 video dərs, 10 canlı dərs və canlı dərslər vaxtı keçiriləcək testlərdən ibarət olacaqdır. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) «Sahibkarlıq və biznes bacarıqlarının inkişaf etdirilməsi üzrə təlim proqramı» kitabı əsasında 10 mövzunu əhatə edən 32 video hazırlanıb.
Peşə hazırlığı istiqaməti.
Peşə hazırlığı fəaliyyətinin bütün mərhələləri tam distant şəkildə həyata keçiriləcək və özündə çox geniş funksionallığı birləşdirən bir platformaya çevriləcək. İlkin mərhələdə 43 peşə modulu peşəkar heyət tərəfindən əmək bazarının tələblərinə və beynəlxalq standartlara uyğun yenilənəcək. Yenilənmiş peşə modulları üzrə kurslar «pre-test»lərdən, video dərsliklərdən, elektron tədris materialları, elektron testlərdən və elektron imtahandan ibarət olacaq.
Peşəyönümü istiqaməti.
Peşəyönümü istiqaməti peşə maarifləndirilməsini, peşə diaqnostikasıni və peşə seçiminə dəstəyi əhatə edir.