Xəbərlər

Türk iş adamları ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib
19.03.2021 Türk iş adamları ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarı, məşğulluq sahəsində aparılan islahatlarda, əmək qanunvericiliyinin təkmilləşdirilməsində sosial tərəfdaşlıq müstəvisində işəgötürənlərlə, habelə türk iş adamları ilə əməkdaşlığa həmişə xüsusi önəm verir.

Şəhidlərin ailə üzvlərinin və qazilərin məşğulluğunu təmin etmək məqsədi ilə növbəti layihəyə başlanılır
19.03.2021 Şəhidlərin ailə üzvlərinin və qazilərin məşğulluğunu təmin etmək məqsədi ilə növbəti layihəyə başlanılır

Dövlət Məşğulluq Agentliyi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Junior Achievement Azerbaijan / Azərbaycan Gənclərinin Nailiyyətinin tərəfdaşlığı ilə "Karyera Akademiyası" layihəsini həyata keçirməyə başlayır. 

Dövlət Məşğulluq Agentliyi yeni layihəyə start verir
18.03.2021 Dövlət Məşğulluq Agentliyi yeni layihəyə start verir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Fonibo MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən 20 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsin məşğulluğu təmin ediləcək.  

Dövlət Məşğulluq Agentliyinin nəzdində Karyera Mərkəzlərinin Koordinasiya Şurası yaradıldı
16.03.2021 Dövlət Məşğulluq Agentliyinin nəzdində Karyera Mərkəzlərinin Koordinasiya Şurası yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və ali təhsil müəssisələrinin təşəbbüsü ilə Agentliyin nəzdində Karyera Mərkəzlərinin Koordinasiya Şurası yaradılıb və Şuranın idarə heyətinə üzvlər seçilib.

Postmüharibə dövründə 3700-ə yaxın şəhid ailəsi üzvü, qazi, erməni terrorundan zərər çəkən şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub
15.03.2021 Postmüharibə dövründə 3700-ə yaxın şəhid ailəsi üzvü, qazi, erməni terrorundan zərər çəkən şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub

Şanlı Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslər aktiv məşğulluq proqramları vasitəsilə sosial dəstəklə təmin edilirlər.

Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir
12.03.2021 Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir

Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə icra etdiyi əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsində Hökumətin səylərinə dəstək məqsədi daşıyan layihənin Rəhbər Komitəsinin iclası olub.

Azərbaycan və Türkiyə iş adamları üçün “Rəqəmsal Məşğulluq” tədbirlərinin təqdimatı keçirilib
12.03.2021 Azərbaycan və Türkiyə iş adamları üçün “Rəqəmsal Məşğulluq” tədbirlərinin təqdimatı keçirilib

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə “Rəqəmsal Məşğulluq” adlı online görüş keçirilib. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, ATİB-nin sədri Cemal Yangın, Dış Ekonomik İlişkilər Kurulunun sədri Selçuk Akat, İqtisad Universitetinin rektoru Ədalət Muradov, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Akar, 100-dək türk və azərbaycanlı iş adamı iştirak edib.

Peşə hazırlığının təşkili Qaydasına hansı əlavə və dəyişikliklər edilib?
11.03.2021 Peşə hazırlığının təşkili Qaydasına hansı əlavə və dəyişikliklər edilib?

“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na əlavə və dəyişikliklər edilib. Dəyişikliyə əsasən peşə hazırlığına müraciət edən vətəndaşların çoxluğunu nəzərə alınaraq peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin də peşə hazırlığına ödənişsiz əsaslarla cəlb olunmalarına imkan yaradılıb.