Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu“Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi
işəgötürənlərin xidmətindədir!” layihəsinə start verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsinə start verilib.
Layihənin məqsədi karyera məsləhətçiləri və işəgötürənlər arasında kommunikasiyanın qurulması ilə karyera məsləhətçilərinin vakansiya tələblərini və hər bir işəgötürənin işəqəbul prinsiplərinin öyrənilməsi, işəgötürənlərlə karyera məsləhətçilərinin arasında əməkdaşlığın gücləndirilməsi və karyera məsləhətçilərinin qərarına inamının artırılmasıdır.
Layihə çərçivəsində ilk görüş Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən təşkil edilib. Görüşdə Agentliyin İşsiz şəxslərlə iş departamentinin əməkdaşları, Abşeron-Xızı Regional Məşğulluq filialının karyera məsləhətçiləri və “Baku Steel Company” QSC-nin insan resursları komandası iştirak edib.
“Baku Steel Company” QSC-də işə qəbul prosesi, karyera məsləhətçilərindən gözləntilər barədə məlumat verilib, rekruter yanaşmasının uğurlu şəkildə tətbiqinin işəgötürənlərə və işsiz və işaxtaran şəxslərə töhfə verəcəyi qeyd edilib.