Bilik Günü ərəfəsində şəhid uşaqları üçün korporativ sosial məsuliyyət layihələri həyata keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial tərəfdaşlarla birgə şəhid uşaqları üçün korporativ sosial məsuliyyət layihələri həyata keçirilib.

 

İlk tədbir eManat şirkəti ilə birgə baş tutub. “Salam, məktəb” adlı korporativ sosial məsuliyyət layihəsi çərçivəsində ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanların məktəbli uşaqlarına məktəb ləvazimatları təqdim edilib, onlar üçün əyləncə proqramı təşkil edilib. Ümumilikdə layihə 30 şagirdi əhatə edib.

 

Daha bir korporativ sosial məsuliyyət tədbiri Bakı Regional Məşğulluq filialı, Azərsun Holdingin önəmli şirkətlərindən olan “Al Market” MMC, “Park Bulvar Mall” və “Azərsüd” QSC-nin birgə təşkilatçılığı ilə baş tutub.

 

“Gələcəyə ümid təhsildən keçir” adlı tədbirdə şəhid uşaqlarına müxtəlif hədiyyələr və yeni tədris ilində istifadə üçün məktəb ləvazimatları təqdim olunub. Bundan başqa tədbirdə uşaqlar üçün rəngarəng oyun və viktorinalar, rəqs nömrələri və digər əyləncəli şou proqramlar təşkil edilib. Layihə 40 nəfər şəhid övladını əhatə edib.

 

Məqsəd şəhid ailələrinə diqqət və qayğı göstərməkdir.