Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
“Uğurlu sosial tərəfdaşlıq məşğulluğun təminatıdır” mövzusunda keçirilən görüşdə Dövlət Məşğulluq Agentliyi və 4 saylı Ərazi Məşğulluq Mərkəzinin nümayəndələri, eləcə də 4 saylı Ərazi Məşğulluq Mərkəzində fəaliyyətdə olan işəgötürən qurumların nümayəndələri iştirak edib.
Yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq ƏMAS ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir “ERP” formatını ehtiva edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) nümayəndə heyəti ilə onlayn formatda görüş olub.
Dövlət Məşğulluq Agentliyi və İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin nümayəndələri ilə görüş keçirilib.
Özünüməşğulluq proqramının təlim modulu elektronlaşdırılıb. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən virtual tədris platforması yaradılıb.
2021-ci ildə isə hədəf 16 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsidir. Bu da il ərzində proqrama cəlb olunanların sayının 2017-ci illə muqayisədə 13,6 dəfə artacağını göstərir.
Görüşdə Karyera Mərkəzlərinin Koordinasiya Şurasının gələcək fəaliyyət istiqamətləri, əsasnaməsinin hazırlanması, səlahiyyətləri, gözləntilər və iş prinsipi haqqında fikir mübadiləsi aparılıb.
İlkin olaraq 18 işsiz şəxsin (hər biri 9 nəfərlik iki qruplarda) cəlb olunduğu peşə hazırlığı kursu lazımi texniki və əyani vəsaitlərlə təchiz olunmuş xüsusi sinif otaqlarında təşkil olunub. Peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunur.