Göyçay Peşə Hazırlığı Mərkəzində yeni peşə hazırlığı kursları başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun sahələr üzrə peşə hazırlığına cəlb olunması istiqamətində işləri davam etdirir.

 

Görülən işlərin davamı olaraq Göyçay Peşə Hazırlığı Mərkəzində "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar", "Meyvəçilik və bağçılıq üzrə aqronom” (kiçik aqronom) və aşpaz peşələri üzrə kurslar təşkil ediləcək.

 

Qeyd edilən peşə ixtisası üzrə kurslara müraciət etmək istəyən işsiz şəxslər 15 dekabr 2021-ci il tarixinə kimi Göyçay Peşə Hazırlığı Mərkəzinə müraciət edə bilər. Müraciətlər həm şifahi, həm də onlayn formada qəbul edilir.

 

Müraciət linki: https://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasi 

 

Ünvan: Göyçay Peşə Hazırlığı Mərkəzi, Göyçay şəhəri, Rəsul Rza 70

Telefon: 070 625 23 45