İdarəetmə sahələri üzrə peşə hazırlığı kurslarına qeydiyyat başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Peşə öyrən, işsiz qalma!” devizi altında həyata keçirilən “Peşəkar” layihəsi çərçivəsində növbəti peşə hazırlığı kursuna start verilir.

 

İşsiz şəxslər üçün idarəetmə sahələri: “Menecment–insan resursları mütəxəssisi”, “Mühasibat işi – mühasib”, “Mühasibat işi - əməliyyatçı mühasib” və digər peşələr üzrə hazırlıq kursları təşkil ediləcək.  

 

Kurs iştirakçılarına insan resursları üzrə hesabatlar, işə qəbul, adaptasiya sisteminin qurulması, əmək qanunvericiliyi və kadr inzibatçılığı, təlim və inkişaf sistemi, maliyyə bərabərliyi anlayışı, hesablar planı və maliyyə hesabatı formaları, ticarət əməliyyatlarının və malların uçotu, ehtiyatların maya dəyərinin hesablanması metodu, vergilər haqqında ilkin anlayışlar, sadələşmiş, gəlir, əmlak və istehlak vergisi, əmək məzuniyyəti, ƏDV uçotu, ƏDV bəyannaməsinin tərtibi və digər mövzular tədris olunacaq.

 

Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursu müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğu təmin olunacaq.  

 

İdarəetmə sahələri üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə məşğulluq filiallarına və ya “DOST” Mərkəzlərinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər. Eyni zamanda, https://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasi linki vasitəsilə də peşə hazırlığına müraciət etmək mümkündür.