Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Dövlət Məşğulluq Agentliyi tərəfindən yerli əlaqələndirmə komitələri ilə görüşlərin keçirilməsinə başlanılıb.
Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev ilə görüşüb.
Özünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilən “Sosial bağlar” layihəsinə ötən aydan başlanan müraciətlərin qəbulu iyun ayı ərzində də davam edəcək.
Dövlət Məşğulluq Agentliyi və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidməti arasında Fəaliyyət Planı imzalanıb.
Sosial sahədə tədbirlərin mühüm bir istiqaməti də şəhidlərimizin ailə üzvlərinin, qazilərin və yaxınlarının məşğulluq tədbirlərinə cəlb olunmasından ibarətdir. 2021-ci ilin ilk rübündə 2,1 minədək şəhid ailəsi üzvü, 3,3 minədək qazi və yaxını məşğulluq tədbirlərinə cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ilin birinci rübündə 3500-dək şəxs cəlb olunub.
“Uğurlu sosial tərəfdaşlıq məşğulluğun təminatıdır” mövzusunda keçirilən görüşdə Dövlət Məşğulluq Agentliyi və 4 saylı Ərazi Məşğulluq Mərkəzinin nümayəndələri, eləcə də 4 saylı Ərazi Məşğulluq Mərkəzində fəaliyyətdə olan işəgötürən qurumların nümayəndələri iştirak edib.
Yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq ƏMAS ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir “ERP” formatını ehtiva edəcək.