Xəbərlər

Dövlət Məşğulluq Agentliyinin nəzdində Karyera Mərkəzlərinin Koordinasiya Şurası yaradıldı
16.03.2021 Dövlət Məşğulluq Agentliyinin nəzdində Karyera Mərkəzlərinin Koordinasiya Şurası yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və ali təhsil müəssisələrinin təşəbbüsü ilə Agentliyin nəzdində Karyera Mərkəzlərinin Koordinasiya Şurası yaradılıb və Şuranın idarə heyətinə üzvlər seçilib.

Postmüharibə dövründə 3700-ə yaxın şəhid ailəsi üzvü, qazi, erməni terrorundan zərər çəkən şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub
15.03.2021 Postmüharibə dövründə 3700-ə yaxın şəhid ailəsi üzvü, qazi, erməni terrorundan zərər çəkən şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub

Şanlı Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslər aktiv məşğulluq proqramları vasitəsilə sosial dəstəklə təmin edilirlər.

Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir
12.03.2021 Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir

Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə icra etdiyi əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsində Hökumətin səylərinə dəstək məqsədi daşıyan layihənin Rəhbər Komitəsinin iclası olub.

Azərbaycan və Türkiyə iş adamları üçün “Rəqəmsal Məşğulluq” tədbirlərinin təqdimatı keçirilib
12.03.2021 Azərbaycan və Türkiyə iş adamları üçün “Rəqəmsal Məşğulluq” tədbirlərinin təqdimatı keçirilib

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə “Rəqəmsal Məşğulluq” adlı online görüş keçirilib. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, ATİB-nin sədri Cemal Yangın, Dış Ekonomik İlişkilər Kurulunun sədri Selçuk Akat, İqtisad Universitetinin rektoru Ədalət Muradov, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Akar, 100-dək türk və azərbaycanlı iş adamı iştirak edib.

Peşə hazırlığının təşkili Qaydasına hansı əlavə və dəyişikliklər edilib?
11.03.2021 Peşə hazırlığının təşkili Qaydasına hansı əlavə və dəyişikliklər edilib?

“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na əlavə və dəyişikliklər edilib. Dəyişikliyə əsasən peşə hazırlığına müraciət edən vətəndaşların çoxluğunu nəzərə alınaraq peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin də peşə hazırlığına ödənişsiz əsaslarla cəlb olunmalarına imkan yaradılıb.

Macarıstanın biznes nümayəndələri ilə görüş olub
10.03.2021 Macarıstanın biznes nümayəndələri ilə görüş olub

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və ölkəmizdə səfərdə olan, Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Macarıstan biznes nümayəndələri ilə görüşüblər.

Əmək, məşğulluq, sosial müdafiə və digər sahələrdə Almaniya ilə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi diqqətdə saxlanılır
09.03.2021 Əmək, məşğulluq, sosial müdafiə və digər sahələrdə Almaniya ilə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi diqqətdə saxlanılır

Əmək, məşğulluq, sosial müdafiə, eyni zamanda, ölkəmizdə yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqi sahələrində Almaniya ilə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi diqqətdə saxlanılır.

Gənclərin məşğulluğuna dəstək üçün yeni layihələrə başlanır
09.03.2021 Gənclərin məşğulluğuna dəstək üçün yeni layihələrə başlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Gənclər Fondu və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bir sıra şirkətlərin insan resursları üzrə məsul şəxsləri ilə online görüş keçirilib. Görüşdə qeyd edilib ki, gənclərin məşğulluğuna dəstək üçün yeni layihələrə -“İşəgötürənlər üçün əməkhaqqı subsidiyası” və “Yay təcrübə proqramı” layihələrinə başlanacaq.