Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzinin Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə əməkdaşlığı çərçivəsində çağrı mərkəzi üzrə operator peşə kursuna start verilib.
2 ay davam edəcək kursa Cəmiyyətin üzvü olan 15 işsiz şəxs cəlb olunub. Tədris başa çatdıqdan sonra buraxılış imtahanını müvəffəqiyyətlə keçən məzunlara rəsmi dövlət sertifikatı veriləcək və onlar müvafiq sahədə işlə təmin olunacaqlar.
Qeyd edək ki, peşə kursuna cəlb olunan şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir.