Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan və Şirvan-Salyan Regional Məşğulluq filiallarının təşkilatçılığı ilə işəgötürənlərlə görüş keçirilib.
Görüşdə işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri, proqram və layihələri barədə ətraflı məlumat verilib, mövcud vakansiyaların vakansiya bankına yerləşdirilmə qaydaları və vacibliyi müzakirə edilib.
Qeyd edilib ki, Agentlik tərəfindən peşə hazırlığı kurslarının təşkili və sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində işəgötürənlərlə əməkdaşlıq edilir. Görüşün əsas müzakirə istiqamətləri içərisində sosial cəhətdən həssas qrupdan olan şəxslərin məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası da yer alıb.
Sonda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.