Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu“İrəliləyİŞ” layihəsi çərçivəsində mentorlar və iştirakçılar üçün təlimlər keçirilir. İşəgötürənlər tərəfindən təqdim etilən təcrübə yerlərində təcrübə keçəcək benefisiarlar ilə birbaşa işləyəcək mentorlar üçün təşkil olunan təlimlərdə mentorluğun əsasları, rolları müəyyənləşdirmə, mentorluq münasibətinin qurulması və əlaqəsinin inkişaf etdirilməsi, təcrübə mübadiləsi, güclü suallardan istifadə etmək, öyrətmə, yönləndirmə, təsiretmə, fərdi davranış modelləri və s. mövzular tədris olunur.
Layihədə iştirak üçün seçilən daha 270 gənc isə 7 əsas mövzuda təlimlərə cəlb olunub. Layihə benefisiarlarına məqsədlərin təyin olunması və özünü yaxşı dərk, əmək bazarı və gələcəyin bacarıqları, liderlik və komandada iş, effektiv iş axtarışı və müsahibəyə hazırlıq, ünsiyyət bacarıqları və tənqidi təfəkkür, CV (rezume) və istək məktubunun hazırlanması və şəxsi brendin və resursların idarə olunması mövzuları tədris olunub.
Təlimlər yekunlaşdıqdan sonra iştirakçılar 2 aylıq təcrübə proqramına cəlb olunacaqlar.
Qeyd edək ki, "İrəliləyİş" layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir. Layihəyə müraciət davam edir.
Qeydiyyat linki: https://dma.gov.az/layiheler/irelileyis-layihesi