Ağdama köçürülmüş sakinlərdən 2640-dan çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Qayıdış proqramı çərçivəsində Ağdam rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.  
 

Həmin sakinlərdən artıq 2642 şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan:

 

  •  2516 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 170 nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb),
  • 126 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

 

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.