Agentlik sədri Ağdaş rayonunda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun Ağdaş rayonunda vətəndaş qəbulu keçirilib. 

 

Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciət ediblər.   

 

Hər bir müraciət fərdi qaydada araşdırılıb, vətəndaşlar məşğulluq tədbirlərinin icrası qaydaları barədə məlumatlandırılıblar.