Xaçmazda növbəti əmək yarmarkası keçiriləcək

Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən Xaçmaz şəhərində 18 oktyabr 2024-cü il tarixində, saat 10:00-da əmək yarmarkası keçiriləcəkdir.

 

Tədbirdə Xaçmaz rayonunda fəaliyyət göstərən "Qafqaz Konserv Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 21 vakansiyanın işsiz və işaxtaran şəxslərə təklif olunması nəzərdə tutulur.

 

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

 

Vakansiyalar və iş öhdəlikləri haqqında daha ətraflı məlumat əmək yarmarkasında iştirak edən şəxslərə təqdim ediləcəkdir.

 

Tədbirin keçiriləcəyi ünvan: Xaçmaz şəhəri, Bakı-Xaçmaz şossesinin 157-ci km-i ("Qafqaz Konserv Zavodu” MMC)