Qazaxda növbəti əmək yarmarkası keçiriləcək

Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən Qazax rayonunda, Qazax Olimpiya İdman Kompleksində 22.10.2024-cü il tarixdə, saat 11:00-da əmək yarmarkası keçiriləcək.

 

Tədbirdə 18 müəssisə tərəfindən 120 vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulmuşdur.

 

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

 

Vakansiyalar və iş öhdəlikləri haqqında daha ətraflı məlumat əmək yarmarkasında iştirak edən şəxslərə təqdim olunacaqdır.

 

Ünvan: Qazax rayonu, Xanlıqlar kəndi, Bakı-Qazax magistralının 475-ci km-i