Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduŞəki-Zaqatala Regional Məşğulluq filialının dəstəyi ilə Qəbələ şəhərində 6 dekabr 2024-cü il tarixində, saat 11:00-da əmək yarmarkası keçiriləcək.
Tədbirdə Qəbələ rayonu üzrə 12 müəssisə tərəfindən 80-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulmuşdur.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar və iş öhdəlikləri haqqında daha ətraflı məlumat əmək yarmarkasında iştirak edən şəxslərə təqdim olunacaqdır.
Ünvan: 28 may küçəsi 34 (Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi)