Bakıda növbəti əmək yarmarkası keçiriləcək

Bakı Regional Məşğulluq filialının və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin İdman Sarayının inzibati binasında 23 aprel 2025-ci il tarixdə, saat 10:00-dan 13:00-a kimi  " Əmək yarmarka"sı keçiriləcək.

 

“Əmək yarmarka”sı üzrə işə qəbul olmaq istəyən şəxslər qeyd olunan tarixdə Azərbaycan Texniki Universitetinin İdman Sarayının inzibati binasına yaxınlaşa bilərlər.

 

•    90 müəssisə

•    950 vakansiya

 

“Əmək Yarmarka”-na gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

 

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Əmək yarmarka”da iştirak edən şəxslərə təqdim olunacaqdır.

 

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 13.