Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “Biznesin Sədası” layihəsi çərçivəsində vətəndaş müraciətlərinin qəbulu açıq elan edilir.
Layihənin məqsədi Dərzilik sahəsi üzrə bacarıqları olan eşitmə qabiliyyəti məhdud işsiz şəxsləri özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin edərək fəaliyyət göstərmələrinə dəstək olmaqdır.
Layihədən faydalanmaq üçün yalnız aşağıda qeyd edilən şəxslər müraciət edə bilər:
1. Dərzi peşəsi üzrə təcrübəsi olan işsiz və işaxtaran şəxslər;
2. Dərzilik sahəsi üzrə bacarıqları olan işsiz və işaxtaran şəxslər.
3. Azərbaycan Respublikasının "Məşğulluq haqqında" Qanunun tələblərinə cavab verən şəxslər.
Qeyd: İştirakçıların seçimi zamanı müvafiq sahələr üzrə təcrübəsi olan vətəndaşlara üstünlük veriləcək.
Layihədə iştirak etmək istəyən şəxslər aşığıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://survey.sosial.gov.az/index.php/244232?newtest=Y&lang=az
Müraciət tarixləri: 03.03.2025 – 01.04.2025