Karyera portalı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən abituriyent və məzunların məşğulluq imkanlarının genişləndirilməsinə töhfə verəcək yeni platforma - “Məzunların məşğulluq reytinqi” platforması yaradılıb. Platformanın hazırlanmasında əsas məqsəd abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etmək, məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır. Platforma ölkədə fəaliyyət göstərən özəl və dövlət universitetlərini, onların məzunlarını və abituriyentləri əhatə edir.

Faydalı keçidlər

Xəbərlər və elanlar

2025-05-08 “Məzunların məşğulluq reytinqi” e-platformasına əsasən ali təhsili bakalavr pilləsi üzrə bitirənlərin əmək bazarına daxil olma tezliyi ildən-ilə artır
Onların sırasında ilk iki il ərzində əmək fəaliyyətinə başlayanların çəkisi 62,3 faizə yüksəlib.
2025-04-22 “Məzunların məşğulluq reytinqi” platforması Sinqapurda keçirilən müsabiqədə qalib seçilib
Bu platforma müsabiqənin “Məşğulluq Xidmətlərində Ən Yaxşı Texnoloji İnnovasiya” kateqoriyası üzrə uğur qazanıb.
2025-01-06 “Məzunların məşğulluq reytinqi” platformasına ötən il daha 19 universitet qoşulub
Beləliklə, platformada məzunlarının göstəriciləri yerləşdirilən universitetlərin sayı 30-a çatıb.
2024-10-31 “Məzunların məşğulluq reytinqi” rəqəmsal platforması Qlobal Tanınma Mükafatına layiq görüldü
Bu mükafat Agentliyin əmək bazarının təhlili istiqamətində strategiyalarının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.