Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” platforması Sinqapurda keçirilən “World Business Outlook Awards” müsabiqəsində yüksək qiymət alıb.
Bu platforma müsabiqənin “Məşğulluq Xidmətlərində Ən Yaxşı Texnoloji İnnovasiya” kateqoriyası üzrə qalib seçilib.
https://worldbusinessoutlook.com/award-winners-2025/
Müsabiqədə Dövlət Məşğulluq Agentliyi ilə yanaşı, ABŞ, Braziliya, Çin, Hindistan, Özbəkistan, Qırğızıstan, Yunanıstan və digərləri daxil olmaqla 50-dən çox ölkədən qurumlar iştirak edib.
Bu mükafat biznes, texnologiya, innovasiya, təhsil, nəqliyyat və digər sahələrdə mühüm töhfələr vermiş təşkilat və fərdlərin nailiyyətlərini təqdir etmək məqsədi daşıyır.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz