“Məzunların məşğulluq reytinqi” platformasına ötən il daha 19 universitet qoşulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasına ötən il daha 19 universitet qoşulub. Beləliklə, platformada məzunlarının göstəriciləri yerləşdirilən universitetlərin sayı 30-a çatıb.

 

Platformaya qoşulan universitetlər aşağıdakılardır: 

 

  • ADA Universiteti
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Azərbaycan Dövlət İqtisad Universiteti
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Azərbaycan Milli Konservatoriyası
  • Azərbaycan Texnologiya Universiteti
  • Azərbaycan Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Azərbaycan Turizm və Menecment Universiteti
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Bakı Dövlət Universiteti
  • Bakı Qızlar Universiteti
  • Bakı Slavyan Universiteti
  • Bakı Biznes Universiteti
  • Bakı Ali Neft Məktəbi
  • Bakı Musiqi Akademiyası
  • Bakı Avrasiya Universiteti 
  • Lənkəran Dövlət Universiteti
  • Milli Aviasiya Akademiyası
  • Mingəçevir Dövlət Universiteti
  • Naxçıvan Dövlət Universiteti
  • Naxçıvan Müəllimlər İnstitutu
  • Sumqayıt Dövlət Universiteti
  • Xəzər Universiteti

 

Digər Universitetlərin də məzunları barədə məlumatlar qısa zamanda platformaya əlavə ediləcək.

 

Qeyd edək ki, “Məzunların məşğulluq reytinqi” platformasında universiteti bitirən məzunların bitirdikləri tarixdən etibarən növbəti 2 il ərzində işədüzəlmə müddətləri, ixtisasları üzrə işlə təminatı, əmək haqlarının səviyyəsi və digər parametlərə görə reytinqi əksini tapır.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz