İdarə Heyəti sədrinin müavini

Cavadov Rüfət Baxış oğlu

17 Avqust 2021-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

Rüfət Baxış oğlu Cavadov 14 mart 1982-ci ildə Bakı şəhərində anadan olub.

 

1989 - 1999-cu illərdə Bakı şəhəri 257 saylı orta məktəbdə təhsil alıb.

 

1999 - 2003-cü illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıb.

 

2003 - 2004-cü illərdə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində “Türk dili” ixtisası üzrə təhsil alıb.

 

2004 – 2006-cı illərdə Dövlət proqramı çərçivəsində Ankara Universitetinin Sosial Elmlər İnstitutunun “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistratura səviyyəsində təhsil alıb.

 

2007 – 2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. 

 

2010 – 2012-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində mütəxəssis vəzifəsində çalışıb.

 

2015 – 2016-cı illərdə “ISR Auto/Toyota Baku” şirkətində İnzibati İşlər və İnsan Resursları departamentinin rəhbəri vəzifəsində çalışıb.

 

2016 – 2020-ci illərdə “Profam” şirkətində İnzibati işlər və İnsan Resursları departamentinin rəhbəri vəzifəsində çalışıb.

 

2020 – 2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

 

17 Avqust 2021-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

 

İngilis, rus və türk dillərini bilir. Ailəlidir, 2 övladı var.

 

Əlaqə nömrəsi: (012) 596 43 05

Elektron poçt: rufat.javadov@sosial.gov.az