Avropa Sosial Şəbəkəsi (European Social Network)

Sosial xidmətlər sahəsində ən məşhur təşkilatlardan biri olan Avropa Sosial Şəbəkəsi üzv qurumların xidmətlərinin keyfiyyətini və effektivliyini artırmaq üçün bilik mübadiləsini dəstəkləyən və Avropa sərhədləri ilə limitlənməyən bir təşkilatdır. Təşkilat üzv qurumlar üçün davamlı şəkildə işçi qrupların göndərilməsi vasitəsi ilə təklif və tövsiyyələr verir, ən yaxşı dünya təcrübələrinin bütün üzv qurumlar tərəfindən tətbiq olunmasına şərait yaradır və bu addımların atılmasında üzvlərə dəstək göstərir. Təşkilatın ümumilikdə 160-dan çox üzv qurumu vardır və 2023-cü ilin fevral ayından etibarən Dövlət Məşğulluq Agentliyi təşkilatın tamhüquqlu üzvü seçilmişdir.

Təşkilata üzvlük Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinin operativliyinin və effektivliyinin artmasında çox böyük önəmə sahibdir. Üzvlük həmçinin DMA-nın Avropada və dünyada təmsil olunmasına, öz təcrübələrinin digər qurumlarla bölüşməsinə, yeni tərəfdaşlıqların və münasibətlərin yaranmasınə töhfə verməkdədir.