Xəbərlər

Dövlət Məşğulluq Agentliyi "Təbiəti qoruyaq" adlı yeni məşğulluq layihəsinə  başlayır
06.08.2021 Dövlət Məşğulluq Agentliyi "Təbiəti qoruyaq" adlı yeni məşğulluq layihəsinə başlayır

Dövlət Məşğulluq Agentliyi “Təbiəti qoruyaq” adlı yeni məşğulluq layihəsinə start verir. İşsiz və işaxtaran şəxslərin məşğulluğuna dəstək məqsədi daşıyan və haqqı ödənilən ictimai işlərin əhatə dairəsini genişləndirəcək layihə üzrə 1000-ə yaxın şəxs işlə təmin ediləcək.

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 375-ə,  təqdim edilən vakansiya sayı 1607-ə çatıb
06.08.2021 “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 375-ə, təqdim edilən vakansiya sayı 1607-ə çatıb

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artmaqda davam edir. Son bir neçə gündə daha bir qrup işəgötürən də bu aksiyaya öz dəstəyini ifadə edərək vakansiyalarını müvafiq e-sistemə daxil edib.

Dövlət Məşğulluq Agentliyi ilə bp şirkəti arasında Anlaşma Memorandumu imzalandı
04.08.2021 Dövlət Məşğulluq Agentliyi ilə bp şirkəti arasında Anlaşma Memorandumu imzalandı

Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli  və bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.

Əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə artıq  264 nəfər işlə təmin edilib
04.08.2021 Əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə artıq 264 nəfər işlə təmin edilib

Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində sosial cəhətdən həssas qruplardan olan 826 şəxsə münasib iş yerlərinə göndəriş verilib.

“Məşğulluq marafonu” na qoşulan işəgötürənlərin sayı 341-ə, təqdim edilən vakansiyaların sayı 1484-ə çatıb
03.08.2021 “Məşğulluq marafonu” na qoşulan işəgötürənlərin sayı 341-ə, təqdim edilən vakansiyaların sayı 1484-ə çatıb

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 341-ə çatıb.

“Mühafizəçi” kursunun ilk qrupu üzrə təlimlər başlayır
03.08.2021 “Mühafizəçi” kursunun ilk qrupu üzrə təlimlər başlayır

Dövlət Məşğulluq Agentliyi tərəfindən “Peşə öyrən, işsiz qalma” devizi ilə başladılan “Peşəkar” layihəsi çərçivəsində həyata keçirilən “Mühafizəçi” kursunun ilk qrupu üzrə müsahibə mərhələsi yekunlaşıb.

İT kurslarına müraciət edən şəxslərin müsahibə mərhələsi başlayıb
03.08.2021 İT kurslarına müraciət edən şəxslərin müsahibə mərhələsi başlayıb

“Peşə öyrən, işsiz qalma!” devizi ilə həyata keçirilən “Peşəkar” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində təsis edilən İsrail-Azərbaycan Təlim Mərkəzi ilə birgə təşkil olunan İT kurslarının seçim mərhələsi başlayıb.

Müharibədən sonrakı dövrdə şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 7 minə yaxın şəxsin məşğulluğuna dəstək göstərilib
02.08.2021 Müharibədən sonrakı dövrdə şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 7 minə yaxın şəxsin məşğulluğuna dəstək göstərilib

Postmüharibə dövründə həyata keçirilən sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 7 minə yaxın şəxsin məşğulluğuna dəstək göstərilib.