Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduMəşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi 2018-2023-cü illərdə ölkəmizdə əmək müqavilələri sayında 34 faiz və ya 400 mindən çox artıma imkan verib.
Həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluğun təminatı, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər aparılaraq 400 min nəfər işlə təmin edilib.
Özünüməşğulluq proqramına cəlb olunanların illik sayı 14 dəfə artırılaraq 16 mini ötüb, 61 min nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nə isə artıq 8,5 min şəxs cəlb olunub.
Ödənişli ictimai işlər proqramı üzrə 127 min nəfərin, 2020-ci ilin son aylarında icrasına başlanan “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə 2,2 min nəfərin işlə təminatı həyata keçirilib.
Agentlik tərəfindən 2018-2023-cü illərdə 16,5 min nəfər üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib, 423 min nəfər peşəyönümü xidmətlərə cəlb olunub, 18 min nəfər işsizlikdən sığorta ödənişi ilə təmin olunub.