Məktəblilərlə peşəyönümü məsləhət görüşləri davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Şirvan şəhəri üzrə 21 və 18 nömrəli tam orta məktəbdə, Şəki-Zaqatala Regional Məşğulluq filialı tərəfindən isə Qəbələ rayon, Zarağan kənd 1 saylı tam orta məktəbdə “Karyera planlaması” mövzusunda məktəblilərlə peşəyönümü məsləhət görüşləri keçirilib.

 

Görüşlərdə 8-11-ci siniflər üzrə "Özünütanıma", "Bazar Araşdırması", "Məqsəd təyini", "Fəaliyyət planı hazırlamaq" kimi mövzularda təqdimatlar edilib, məktəblilərin müasir əmək bazarı, peşə və ixtisaslar barədə sualları cavablandırılıb.

 

Qeyd edək ki, "Karyera Planlaması" çərçivəsində digər məktəblərdə də mütəmadi olaraq bu cür görüşlərin keçirilməsi nəzərdə tutulur.