Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Bu sahədə şəxsi biznesini qurmaq istəyən 150 işsiz qadına dəstək veriləcək.
Almaniya Federal Iqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra edilən “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi regional proqramı” çərçivəsində 10-12 fevral tarixlərində tədbir keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə və kvalifikasiya standartlarının reyestri istifadəyə verilib. Reyestrdə Nazirliyin ötən il hazırladığı 300 standart əhatə olunub.
Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.
2021-ci idə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili Agentliyi arasında əməkdaşlıq daha da inkişaf etdiriləcək, yeni birgə fəaliyyət imkanları yaradılacaq.
Dövlət Məşğulluq Agentliyi ilə BMT İnkişaf Proqramının birgə icra etdiyi “Azərbaycanda innovasiya və məşğulluğun inkişafı” layihəsi üzrə ötən il 572 gənc təlimlərə cəlb edilib.
Dövlət Məşğulluq Agentliyi tərəfindən yaxın vaxtlarda Əmək münasibətləri və məşğulluq altsisteminin (ƏMAS) tətbiqi nəzərdə tutulur. ƏMAS bütün işəgötürənlər və işçilər, habelə dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolu oynayacaq.
Dövlət Məşğulluq Agentliyi tərəfindən 3 startapçıya biznes layihələrini reallaşdırmaq üçün özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlar verilib.