Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduOnların əksər hissəsi şəhid ailəsi üzvləri və qazilər, əlilliyi olanlardır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində sentyabr ayında daha 104 şəxsə iş yerlərinə göndəriş verib.
Ümumilikdə proqram üzrə verilən göndərişlərin sayı isə 1044-ə çatıb. İşlə təminat üçün göndəriş verilənlərin əksər hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslərdir.
Proqram üzrə artıq 366 nəfərlə işəgötürənlər arasında əmək müqaviləsi bağlanıb və əmək fəaliyyətinə başlayıblar. Hazırda göndəriş verilən digər işsiz vətəndaşlarla da əmək müqavilələrinin bağlanması prosesi davam edir.
“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər. Bu proqram əsasında işlə təmin edilən şəxslərin 2 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.