Yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 7 saylı Ərazi Məşğulluq filialının təşəbbüsü ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində görüş olub.  

 

Yeni əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə işsizlik səviyyəsinin azaldılması, peşə hazırlığının təşkili, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin güclənməsi istiqamətində qəbul edilən müxtəlif proqram və tədbirlər barədə məlumat verilib, birgə innovativ layihələrin, tədbirlərin və forumların həyata keçirilməsi ilə bağlı ilkin razılığa gəlinib.  

 

Həmçinin görüşdə əmək bazarının mövcud tələbləri, tələbə və məzunların karyera inkişafının dəstəklənməsi və bu istiqamətdə görülən işlərlə bağlı məlumat verilib.   

 

Yaxın zamanda “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentləri ilə də görüşün keçirilməsi qərara alınıb.