Xorvatiyalı nümayəndə icra olunan məşğulluq tədbirləri ilə tanış olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində ölkəmizdə səfərdə olan Xorvatiyanın paytaxtı Zaqreb şəhərinin Sosial Müdafiə, Səhiyyə, Müharibə Veteranları və Əlillər üzrə Şəhər İdarəsinin nümayəndəsi xanım Zorana Uzelac Bosnjak ilə görüş olub.

 

Görüşdə ikitərəfli münasibətlərdən bəhs edilib, məşğulluq sahəsində də əlaqələrin genişlənməsinə xüsusi önəm verildiyini vurğulayıb. Nümayəndəyə Agentlik tərəfindən görülən işlər, rəqəmsal məşğulluğun təmin edilməsi istiqamətində icra olunan layihələr, yeni konsepsiyanın tətbiqi və karyera planlaması üzrə görülmüş işlər barədə məlumat verilib.

 

Zaqreb şəhərinin Sosial Müdafiə, Səhiyyə, Müharibə Veteranları və Əlillər üzrə Şəhər İdarəsinin nümayəndəsi də öz növbəsində qurumun xidmətləri, iş prinsipi, fəaliyyət istiqamətləri və prioritet sahələri barədə məlumat verib.

 

Səfər çərçivəsində Zorana Uzelac Bosnjak Bakı Regional Məşğulluq filialında işsiz və işaxtaran şəxslərə göstərilən xidmətlərlə tanış olub.

 

Qeyd edək ki, nümayəndənin Bakıya səfəri Avropa Sosial Şəbəkəsi (ESN) tərəfindən üzv qurumların xidmət keyfiyyətini yaxşılaşdırmaq, onlar arasında kommunikasiyanı inkişaf etdirmək və ən yaxşı təcrübələrinin digər üzv qurumlar tərəfindən öyrənilib tətbiq edilməsini təşviq etmək məqsədilə “Peer learning visit” proqramı çərçivəsində baş tutub.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz