Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş beynəlxalq konfransda təmsil olunub. Konfrans Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Beynəlxalq tədbirdə əlilliyi olan şəxslərin reabilitasiyası üzrə dövlət siyasətinin həyata keçirilməsi, tətbiq olunan innovativ yanaşmalar, eləcə də əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası məsələləri müzakirə olunub.
Konfransda Dövlət Məşğulluq Agentliyinin Məşğulluq imkanlarının qiymətləndirilməsi departamentinin müdiri Vüqar Əliyev, “Əlilliyi olan vətəndaşların açıq əmək bazarına inteqrasiyası: əsas mexanizmlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi, onların əmək bazarına inteqrasiyası istiqamətində tətbiq olunan mexanizmlər barədə məlumat verilib.
Tədbirdə Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkmənistan və Özbəkistanın aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.