Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Bosniya və Herseqovinanın Əmək və Məşğulluq Agentliyi arasında əməkdaşlığa dair memorandum və bu sənəd çərçivəsində 2026-2027-ci illəri əhatə edən Fəaliyyət Planı imzalanıb.
Memorandumun imzalanması mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov çıxış edərək, Agentliyin fəaliyyəti, həyata keçirilən layihələr və məşğulluq sahəsində tətbiq olunan xidmətlər barədə ətraflı məlumat verib. İki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Memoranduma əsasən, tərəflər arasında məşğulluğa dəstək tədbirləri, aktiv əmək bazarı siyasəti, peşə hazırlığı sahəsində təcrübə mübadiləsi, həmçinin müvafiq istiqamətlər üzrə vebinarların təşkili və digər sahələrdə birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.
Səfər çərçivəsində Bosniya və Herseqovina Əmək və Məşğulluq Agentliyinin nümayəndələri Bakı Regional Məşğulluq filialında, həmçinin DOST Agentliyində olublar.